Millidən “Qarabağ”a 3 cavabsız qol

Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın U-17 komandasına qarşı keçirilmiş qarşılaşma 3:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.

U-16-nın qollarını Əli Qurbanov, Ziya Şəkərxanov və Ümid Səlimov vurub.

Xatırladaq ki, U-16 əvvəlki oyunlarda “Neftçi”nin U-17 komandasını 1:0 məğlub etmiş, “Sabah”ın U-17 komandası ilə isə 1:1 hesablı heç-heçə oynamışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button