“Milli komandaya legioner cəlb etmək istəmirik” – Oqtay Əsədov

“Milli komandaya legioner cəlb etmək istəmirik”.

Komanda.az xəbər verir ki, bunu növbəti 4 il müddətinə Azərbaycan Tennis Federasiyasının prezidenti seçilmiş Oqtay Əsədov mətbuat konfransında deyib.

O, həmin vəsaiti yerli idmançılara xərcləyəcəklərini bildirib:

“Bir legioner var idi və gəlmək istəyirdi, amma maddi tələbi çox yüksək idi. Ona da gücümüz çatmazdı”.

Əsədov tennisdə idmançı və məşqçi yetişdirməyin çox çətin olduğunu söyləyib:

“Bu il üç idmançımız beynəlxalq yarışlarda birinci yeri tutublar. Parlament sədri kimi də tennisə maraq göstərirdim. Həmin vaxt 6 il ardıcıl WTA turniri keçirirdik. Çalışacağıq ki, bundan sonra daha çox olsun”.

Əsədov bu il ilk dəfə Azərbaycanın Devid kubokuna ev sahibliyi etdiyini xatırladıb:

“18-20 yaşında olan tennisçilərimiz var idi. Maliyyə və sponsor məsələləri də həll olunur. Bu idman növünün inkişafı üçün bazamız da mövcuddur. Amma bunun üçün yalnız turnilər lazımdır”.

Federasiya rəhbəri regionlarda da tennisi canlandırmaq üçün idmançılar yetişdirmək istədiklərini vurğulayıb:

“Nazirlik bu yöndə təklif verib, biz də razılaşmışıq. Pandemiyayadək bizdə 220 uşaq var idi. İndi sə 90 uşaq qalıb. Uşaqlar inkişaf etdikdən sonra milli komanda üzvləri və gənclər də beynəlxalq turnirlərə göndərilir”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button