“Sumqayıt” “Zirə”yə rəqib oldu

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Sumqayıt” klubu yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, “kimyaçılar” “Zirə” ilə qarşılaşacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Noyabrın 16-da keçiriləcək “Zirə” – “Sumqayıt” oyunu Zirə İdman Kompleksinin stadionunda olacaq və saat 15:00-da start götürəcək.