Millətlər Liqası: “Dördlər finalı”nın keçiriləcəyi ölkə məlum olub

UEFA Millətlər Liqasında “dördlər finalı”nın keçiriləcəyi ölkənin adı məlum olub.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarışa Niderland ev sahibliyi edəcək.

Millətlər Liqasının yarımfinal oyunları 2023-cü il 14-15 iyunda, final və üçüncü yer uğrunda görüş iyunun 18-də keçiriləcək.

Püşkatma mərasimi yanvar ayında olacaq.

“Dördlər finalı”nda A Liqasında qrup qalibləri – Niderland, Xorvatiya, İtaliya və İspaniya yığma komandaları mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button