“Milan”ın futbolçusu üçün mövsüm bitdi

“Milan” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin futbolçusu Davide Kalabriya zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Ölkə kubokunun yarımfinalının “Latsio” ilə cavab oyununda (0:1) zədələnən Kalabriyanın, azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Kalabriya mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Cari mövsümdə 33 qarşılaşmada iştirak edən 22 yaşlı müdafiəçi, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button