Hakan Çalhanoğlu “İnter”lə razılaşdığını açıqladı

“Milan”la müqaviləsi bitən Hakan Çalhanoğlu “İnter”ə keçəcək.

Komanda.az xəbər verir ki, bu barədə türkiyəli yarımmüdafiəçi özü açıqlama verib. O, karyerasını “İnter”də davam etdirəcəyini bildirib:

“İnter”lə razılaşmışam. Milana gedib, tibbi müayinədən keçəcəm. Klubla bu gün rəsmi müqavilə imzalayacam”.

Hakan “İnter”lə 3 illik müqavilə imzalayacaq. Türkiyə yığmasının da formasını geyinən 27 yaşlı futbolçu yeni klubunda illik 5 milyon avro qazanacaq.