“Onlar mənə yaxşı “hədiyyə” vermədilər” – “Milan”ın yeni baş məşqçisi

“Milan”ın yeni baş məşqçisi Stefano Pioli A Seriyasının 8-ci turunda “Leççe” ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pioli, 2:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Öz səhvimiz üzündən qələbə qazana bilmədik. “Milan” bu cür oyunları qazanmağa borcludur. Komandada yaxşı oyunçular var. Hədəflərə çatmaq üçün çox çalışmaq lazımdır.

Ad günüm idi, 54 yaşımı tamamladım. Ancaq təəssüf ki, keçmiş iki oyunçum – Kuma Babakar və Kalderoni tərəfindən cəzalandırıldım. Onlar mənə yaxşı “hədiyyə” vermədilər.

“Milan”ın oyunçuları öz səhvlərini başa düşüb, düzəltmək üçün kifayət qədər yetkindirlər. Qazanmağa layiq idik, lakin sadə səhvlərdən oyunu verdik. Həqiqətən, ehtiyacımız olan iki xal itirdik”.