“Milan”ın sabiq futbolçusu 3-cü divizion klubunda

“Milan”ın və İtaliya millisinin sabiq futbolçusu Alessio Çerçinin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu İtaliyanın “Areçço” klubuna keçib. Bu barədə 3-cü divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Çerçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Yarımmüdafiəçi yeni klubunda 11 nömrəli formada mübarizə aparacaq.

Çerçi İspaniyada “Atletiko”, İtaliyada “Milan”, “Roma”, “Fiorentina”, “Verona” kimi klublarda çıxış edib. O, son olaraq “Salernitana”nın (İtaliya) uğurları üçün çalışıb. Çerçi, İtaliya yığmasında da 14 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button