“Milan”ın sabiq futbolçusu C Seriyasında

“Milan”ın və İtaliya milli komandasının sabiq futbolçusu Qabriel Palettanın yeni iş yeri bilinib.

Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “Montsa” klubu ilə müqavilə imzalayıb. Bu barədə C Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Paletta yeni klubu ilə üç illik sözləşmə imzalayıb.

Karyerası ərzində “Liverpul”, “Milan”, “Parma”, “Atalanta” kimi komandalarda çıxış edən Paletta, üç dəfə də İtaliya yığmasının formasını geyinib.