“Milan”ın PSJ-dən istəyi

“Milan” klubu PSJ-nin hücumçusu Uqo Ekitikeni transfer etmək fikrindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “rossonyerlər” onu məcburi satınalma əvəzinə, icarə əsasında heyətində görməkdə maraqlıdır.

21 yaşlı futbolçunun maaşı olduqca yüksək olduğu üçün Milan klubu onun bir hissəsinin parislilər tərəfindən ödənilməsini istəyir.

Ekitike 2022-ci ilin yayında “Reyms”dən PSJ-yə keçib. O, paytaxt klubunda 32 oyuna çıxıb, dörd qol vurub və dörd məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button