“Məni yeni mövsümdə “Milan”da görmək çətindir, Zlatan Avroliqa oyunçusu deyil”

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, isveçli hücumçu, futbol oynamaq üçün doğulduğunu deyib:

“İbrahimoviç bir şeylər qazanmaq üçün oynayır, əks halda, evdə oturardı. ABŞ-dan ayrılıb, “Milan”a gəldim. Daha sonra koronavirus səbəbindən futbol dayandı. Düşündüm ki, bəlkə bu, futboldan ayrılmaq üçün bir işarədir. Ancaq futbol yenidən bərpa olundu. İbrahimoviç futbol oynamaq üçün doğulub və hələ də futbolun ən yaxşısıdır. Səmimi deyirəm ki, məni yeni mövsümdə “Milan”da görmək çətindir, Zlatan Avroliqa oyunçusu deyil. Görək nələr olacaq, “Milan” da bu səviyyədə klub deyil”.

İbrahimoviçin “Milan”la müqaviləsi avqustun sonuna qədərdir. “Milan” hazırda A Seriyasında 49 xalla 7-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button