“Derbilər hər zaman xüsusi olur” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya kubokunun yarımfinalında “İnter”ə rəqib olmaları haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pioli, titulu qazanmaq istədiyini bildirib:

“Derbidəki zəfər bizə enerji və inam verdi. Komandada atmosfer əladır.

Derbilər hər zaman xüsusi olur və vacibdir. Hər iki komanda İtaliya kubokunu qazanmaq istəyir. Çox güclü rəqibə qarşı əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button