İbrahimoviçin heykəlinə bunu da etdilər – FOTO

“Milan”a transfer olunan Zlatan İbrahimoviçin Malmö şəhərindəki heykəli növbəti dəfə vandalizmə məruz qalıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bir qrup şəxs isveçli futbolçunun heykəlinin ayaqlarını kəsərək, aşırıblar. Hadisəni törədənlər İbrahimoviçin heykəlinin başına üzərində “İsveç” yazılan sviter də keçiriblər. Heykəlin yaxınlığına isə “götürülsün” sözü yazılıb.

Polis, hadisəylə bağlı araşdırma aparır.

İbrahimoviçin heykəli bundan əvvəl də vandalizmə məruz qalmışdı. Belə ki, bir qrup şəxs hücumçunun heykəlini boyayaraq, yandırmağa cəhd etmiş, burnunu qoparmışdılar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button