Moyze Kin İtaliyanın başqa klubuna keçə bilər

“Fiorentina”nın hücumçusu Moyze Kin İtaliyanın başqa klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” və “Roma” futbolçunu transfer etməkdə maraqlıdır. Kinin müqaviləsində 62 milyon avroluq sərbəst qalma bəndi var. Lakin yerli klubların bu məbləği təklif etməsi ehtimalı azdır. “Milan” forvard üçün 30-35 milyon avro arasında ödəməyə hazırdır.

25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 27 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button