Pioli “Milan”da qalacaq? – klub rəsmisindən açıqlama

“Milan” klubunun idman direktoru Paolo Maldini komandanın baş məşqçisi Stefano Piolinin gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Maldini, Piolinin yeni mövsümdə də komandada qalacağını açıqlayıb:

“Pioli “Milan”da qalacaq. Rəhbərlik komandanın qarşısına Çempionlar Liqasına düşmək tələbi qoymamışdı. Ümid var idi, ancaq bu, tələb deyildi”.

“Milan” İtaliya A Seriyasında 72 xalla 3-cü sıradadır.