İbrahimoviçin “Milan”dakı gələcəyi bilindi

“Milan” klubunun direktoru Paolo Maldini Zlatan İbrahimoviçin komandadakı gələcəyindən danışıb.

Komanda.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Maldini, isveçli hücumçunun müqaviləsinin avtomatik uzana biləciyini deyib:

“İbrahimoviçin müqaviləsi 6 aylıq nəzərdə tutulub, ancaq Çempionlar Liqasına qatılsaq, müddətin avtomatik yenilənməsiylə bağlı bənd var.

İbrahimoviçin özü ilə hər zaman açıq danışmışıq. O özü də səmimidir. İşlərə xüsusi yanaşması var. Belə olmasaydı, “Milan”a qayıtmazdı”.

Bu ilin yanvarında “Milan”a keçən İbrahimoviç, A Seriyasında 6 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button