“Milan” avstriyalı futbolçu üçün danışıqlara başlayıb

“Milan” “Bayern”in müdafiəçisi Maqnus Dalpiazın transferi ilə bağlı danışıqlara başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” artıq Münhen klubunun rəhbərliyi və 18 yaşlı futbolçunun nümayəndələri ilə ilkin təmaslar qurub. Tərəflər arasında növbəti görüşün bu gün keçirilməsi planlaşdırılır.

Gözlənilir ki, avstriyalı futbolçu “Milan”ın əsas komandası ilə məşqlərdə iştirak edəcək, oyun təcrübəsini isə klubun ikinci komandasında qazanacaq. Hazırda İtaliya təmsilçisi “Bayern”ə satınalma şərti ilə icarə variantı təklif edir. Münhenlilər isə müqaviləyə prioritet gerialma hüququnun daxil edilməsində israrlıdır.

Maqnus indiyədək “Bayern”in əsas komandasında debüt etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button