“Messiyə həyat yoldaşı olaram” – İngiltərə klubunun qapıçısı

Argentinalı qapıçı Emiliano Martines millidəki komanda yoldaşı Lionel Messini formasını geyindiyi “Aston Villa”ya dəvət edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Martines, zarafatla PSJ-nin hücumçusuna həyat yoldaşı olmağa hazır olduğunu bildirib:

“Messi yenə PSJ azarkeşləri tərəfindən fitə basılsa, onu “Aston Villa”ya dəvət edərdim. Mən ona həyat yoldaşı olaram, hər həftə sonu ona qovurma bişirərəm, insanlardan onun üçün kiçik bayraqlar hazırlamalarını xahiş edərəm. O, yaxşı vaxt keçirəcək.

Lazım gələrsə, Messi üçün maaşımın bir hissəsindən də keçərəm. Onun üçün əlimizdən gələni edəcəyik”.

Messinin PSJ ilə müqaviləsi bu yay bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button