Messinin səhhətində problem yarandı, məşqə çıxmadı

PSJ-nin ulduz futbolçusu Lionel Messi komandanın son məşqinə qatılmayıb.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu qastroenterit (mədə və nazik bağırsağın funksiyasının pozulması) simptomları üzündən çalışmalardan kənarda qalıb.

Bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb. Eyni səbəbdən Messinin həmyerlisi Leandro Paredes də PSJ-nin məşqində iştirak etməyib. Bu üzdən onların sabah Liqa çərçivəsində baş tutacaq “Nitsa” ilə oyunda iştirakı sual altındadır.

PSJ digər zədəli futbolçuları ilə də bağlı son vəziyyəti açıqlayıb. Belə ki, zədəsini sağaldan Mauro İkardi artıq məşqlərə start verib. Yulian Draksler də idman zalında hazırlığa başlayıb. Corcinyo Veynaldum ilə Ander Herreranın da yaxın bir həftə içində məşqləri bərpa etməsi gözlənilir. Yenicə zədələnən Neymarın isə 6-8 həftə komandaya kömək edə bilməyəcəyi açıqlanıb. Onun yaxın günlərdə növbəti dəfə ətraflı müayinədən keçəcəyi bildirilib.