“Messinin qayıtmasını çox istərdim” – “Barselona” rəsmisi

“Barselona”nın vitse-prezidenti Rafa Yuste argentinalı hücumçu Lionel Messinin kluba mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi hazırda PSJ-də forma geyinən Messinin “Barsa”ya qayıtmasını çox istədiyini deyib:

“Messi indi çempionluğu qeyd edən uşaqlar üçün çox yaxşı dostdur. Əminəm ki, o, onlar üçün xoşbəxtdir. Lionelin qayıtmasını çox istərdim”.

35 yaşlı hücumçu 2005-2021-ci illərdə Kataloniya klubunda çıxış edib. O, “Barsa”da 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə verib.

Messinin PSJ ilə hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button