Bəxti gətirib – Messini gördüyü üçün

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino hücumçu Lionel Messi ilə işləməkdən danışıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, 35 yaşlı həmyerlisini dünyanın ən yaxşı futbolçusu adlandırıb:

“Messinin PSJ-yə keçməsi xəbəri xoş sürpriz olmuşdu. Onu yaxından görmüşəm, birlikdə işləmişik. Maradonanı gördüm, Messini gördüm, onunla bir il keçirdim. Təbii ki, bəxtim gətirdi. Futbolu sevən hamı üçün ən yaxşılarla işləmək şansı bir nemətdir”.

Poçettino, PSJ-nin hücumçusu Kilian Mbappenin perspektivi haqda da fikirlərini bölüşüb:

“Şübhə yoxdur ki, Messi dünyanın ən yaxşı oyunçusudur. Ondan sonra Mbappe taca iddialı olacaq. Mənim üçün ən yaxşılardan biri olan Neymar da var”.

Bizi Telegramda izləyin