Messi ilə van Qal arasında gərginlik

Argentina millisi DÇ-2022-nin 1/4 finalında Niderland seçməsini məğlub edib (penaltilər – 4:3).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı hücumçu Lionel Messi penaltilər seriyası bitdikdən sonra Niderland millisinin məşqçilər korpusuna yaxınlaşaraq, baş məşqçi (artıq istefa verib) Lui van Qalla mübahisə edib. Mübahisənin səbəbi isə ictimaiyyətə açıqlanmayıb.

Argentina yığması DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiya millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button