Messi üçün əlamətdar oyun

“Barselona”nın İspaniya La Liqasının 17-ci turu çərçivəsində “Hueska”ya 1:0 hesabı ilə qalib gəldiyi oyun hücumçusu Lionel Messi əlamətdar olub.

Komanda.az xəbər verir ki, bu oyunda argentinalı futbolçu yubiley – 300-cü məhsuldar ötürməsinə imza atıb. Messinin ötürməsini Frenki de Yonq qola çevirib.

Messi “Barselona”nın heyətində 260, Argentina millisində isə 40 məhsuldar ötürməyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button