“Messi PSJ-dən ayrılmaq qərarına gəlsə…”

MLS-də mübarizə aparan “İnter Mayami” klubu PSJ-nin hücumçusu Lionel Messini transfer etmək istəyir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “İnter Mayami”nin baş icraçı direktoru Xorxe Mas Messini transfer edə biləcəklərinə ümid etdiyini bildirib:

“Messi hələ də dünyanın ən yaxşı futbolçularından biridir, onun bacarıqları azalmayıb. Messi PSJ-dən ayrılmaq qərarına gəlsə, onu komandamızda görmək istərdik. Bu baş verə bilərmi? Mən ürəkdən inanıram. Bu, mümkündür”.

“İnter Mayami”nin sahibi ingiltərəli keçmiş futbolçu Devid Bekhemdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button