
“Messi müdafiədə Argentina millisinin zəif nöqtəsi ola bilər”
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi Lionel Messinin Argentina yığmasındakı rolundan danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bunu deyib:
“Messi müdafiədə Argentina millisinin zəif nöqtəsi ola bilər. O, geriyə qayıtmır. Amma hücumda Çud Bellingem kimi yüksək səviyyəli oyun nümayiş etdirir. Messinin ən böyük üstünlüyü isə doğru anda doğru qərar verməsidir”.
Argentina millisi dünya çempionatının yarımfinalında iyulun 15-də İngiltərə yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



