Messi İngiltərə klubuna keçə bilər

“Mançester Siti” 2023-cü ilin yayında PSJ-nin hücumçusu Lionel Messini transfer edə bilər.

Komanda.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” 35 yaşlı argentinalı futbolçunu transfer etməklə Erlinq Haland və Kevin de Bruyne ilə birlikdə hücum üçlüsü yaratmaq istəyir.

Messi “Barselona”ya qayıtmaq və ya PSJ ilə müqaviləni uzatmaq variantını da nəzərdən keçirir. Futbolçu gələcəyi ilə bağlı qərarını DÇ-2022-dən sonra verəcək.

Messi 2003-2021-ci illərdə “Barselona”nın futbolçusu olub. O, 2021-ci ilin yayından PSJ-də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button