“Messi ilə eyni dövrdə yaşadığımız üçün çox xoşbəxtik”

İspaniya La Liqasının son turunda “Betis”ə 4:1 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ernesto Valverde, matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, oyunda het-trik edən və vurduğu 3-cü qoldan sonra rəqib azarkeşlər tərəfindən alqışlanan Lionel Messi haqqında danışıb:

“Bu gün azarkeşlərin oyuna necə reaksiya verdiyini gördük. Tərəfdarların həyəcanı Messinin oyunundan zövq aldıqlarını göstərir. Messi ilə eyni dövrdə yaşadığımız üçün çox xoşbəxtik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button