“Messi hələ də Messidir”

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Ferentsvaroş”a 5:1 hesabı ilə qalib gələn “Barselona”nın futbolçusu Ansu Fati açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunda qol vuran futbolçu, qələbə və Kataloniya klubunun hücumçusu Lionel Messi barədə danışıb:

“Turnirə əla qələbə ilə başladıq, eyni ruhda da davam etməliyik. Vurduğum qolu komanda yoldaşlarıma borcluyam, onlar mənim üçün hər şeyi asanlaşdırdılar. Frenki de Yonqun əla ötürməsindən sonra sadəcə qol vurmaq lazım idi.

Messi hələ də Messidir. O, hər vəziyyətdə qol vura bilir. Bizimlə olduğu üçün xoşbəxtik. Lionel Messidən öyrənməyə davam edirəm”.