“Messi geri dönsə, inanılmaz olacaq” – De Yonq

Frenki de Jonq Lionel Messinin “Barselona”ya mümkün qayıdışından danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, “Barselona”nın niderlandlı futbolçusu Messini fantastik oyunçu adlandırıb:

“Messi fantastik oyunçudur. Geri dönsə, inanılmaz olacaq. Amma bunun baş verib-verməyəcəyini bilmirəm”.

Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. Argentinalı hücumçunun yayda Paris klubundan ayrılacağı bildirilir. Messi hara gedəcəyinə may ayında qərar verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button