
Messi: “Yenə də əziyyət çəkdik”
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının yarımfinalına yüksəldikdən sonra sosial şəbəkədə paylaşım edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu paylaşımında bunları yazıb:
“Yenə də əziyyət çəkdik. Amma komandamız həmişə inanır. Dünyanın ən yaxşı dörd komandası arasındayıq”.
Argentina millisi 1/4 finalda İsveçrə yığmasını 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Messi bu oyunda 1 məhsuldar ötürmə edib. Komanda yarımfinalda İngiltərə millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



