“Messi bu turnirdə qalib gəlməlidir” – Buskets

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets PSJ-nin hücumçusu Lionel Messi ilə dostluğundan danışıb. O, həmçinin, Argentina millisinin 2022-ci il dünya çempionatında yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, Buskets vaxtı ilə “Barselona”da birgə oynadığı Messini dünyanın ən yaxşı futbolçusu da adlandırıb:

“Messi Argentina millisi ilə bu turnirdə qalib gəlməlidir. Çünki o, əvvəllər milli komanda ilə Amerika kubokunu qazanıb. Ümid edirəm ki, o, hələ milli komandanın oyunçusu olduğu müddətdə bunu bacara biləcək. Messi mənim dostumdur, dünyanın ən yaxşı oyunçusudur”.

Argentina millisi bu il Qətərdə keçiriləcək dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button