Messi Argentina millisindəki gələcəyindən danışdı

“Barselona”nın futbolçusu Lionel Messi Argentina millisindəki gələcəyindən danışıb.

Komanda.az xəbər verir ki, ölkə mətbuatına açıqlama verən Messi, Qətərdə keçiriləcək DÇ-2022-ni qazanıb-qazanmayacaqlarını bilmədiyini deyib:

“Karyeramı bitirməzdən əvvəl Argentina millisi ilə uğur qazanmaq istəyirəm. Dəyərləndirə bilmədiyim fürsətlərlə yığmadan ayrılmaq istəmirəm.

Qətərdə keçiriləcək dünya çempionatını qazanıb-qazanmayacağımızı bilmirəm. Tanrı mənim haqqımda nələr olacağına qərar verəcək. Fiziki olaraq özümü çox yaxşı hiss edirəm. Hazırda 32 yaşım var və gələcəkdə hər şey ola bilər. Ümid edirəm ki, bu müddətdə ciddi zədələnməyəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button