“Belə məğlubiyyətdən sonra hər kəs düşünməlidir” – Almaniya millisinin sabiq üzvü

Almaniya millisinin sabiq müdafiəçisi Per Mertezaker komandanın 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Paraqvay yığmasına məğlub olaraq turnirlə vidalaşmasını tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:

“2024-cü ildə iki ildən sonra yenidən dünya çempionu olacağımız barədə söhbətlər gedirdi. İndi bunu unuda bilərik. Zirvəyə qayıtmaq üçün çox çalışmalıyıq.

Almaniya millisi qrup mərhələsində ən zəif komandalarla qarşılaşdı. Belə bir məğlubiyyətdən sonra hər kəs düşünməlidir. Bu nəticə çətin ki, bizim iddialarımıza uyğun gəlsin”.

Almaniya – Paraqvay görüşü 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Paraqvay yığması 4:3 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button