
Mbappe AÇ-2020-dəki uğursuzluğu yada saldı
Fransa millisinin hücumçusu Kilian Mbappe komandanın 2020-ci il Avropa çempionatındakı uğursuz çıxışını xatırladıb.
Fransa yığması 2021-ci ildə keçirilən turnirin 1/8 final mərhələsində İsveçrə yığmasına penaltilər seriyasında uduzaraq, mübarizəni dayandırmışdı.
Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, “Real”ın forvardı həmin dövrü belə xatırlayıb:
“İsveçrə yığmasını keçsəydik belə, turniri qazana biləcəyimizi düşünmürəm. Çünki paltardəyişmə otağında atmosfer çox pis idi. Bu, illər ərzində gördüyüm ən istedadlı, amma ən pis komandadaxili mühitə sahib heyət idi”.
Fransa millisi iyunun 11-dən start götürən DÇ-2026 çərçivəsində ilk oyununu sabah Seneqal yığmasına qarşı keçirəcək. Matçın start fiti saat 23:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



