
Mbappenin hərəkəti hər kəsi təəccübləndirdi
“Real”ın hücumçusu Kilian Mbappe zədə səbəbindən “Barselona” ilə dünən keçirilən “el klasiko”nu buraxıb. Fransalı futbolçunun zədəsini demək olar ki, tam sağaltdığı və oyunun iştirak ərizəsinə daxil ediləcəyi bildirilirdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmadan bir gün əvvəl keçirilən məşqdə Mbappeyə oyuna ehtiyatdan başlayacağı deyilib. Bundan təxminən beş dəqiqə sonra hücumçu narahatlıq hiss etdiyini bildirib və məşqi yarımçıq tərk edib. Bu addım komandada hər kəsi təəccübləndirib. Nəticədə, Mbappe matçın iştirak ərizəsinə daxil edilməyib.
Madrid təmsilçisi “Kamp Nou”da 0:2 hesabı ilə məğlub olub və kataloniyalıların La Liqa çempionluğunu vaxtından əvvəl rəsmiləşdirməsinə mane ola bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



