Mbappedən gələcəyi ilə bağlı açıqlama

“Real”la adı yanaşı çəkilən PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe karyerasını harada davam etdirəcəyini nə vaxt açıqlayacağını deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe, karyerasını harada davam etdirəcəyini AÇ-2024 başlamazdan əvvəl açıqlayacağını bildirib:

“İnsanlar mənim gələcəyim barədə Avropa çempionatı başlamazdan əvvəl biləcəklər. Mən bu barədə çox sakitəm. Mənim gələcəyim artıq klub üçün vacib mövzu deyil. Artıq heç kim mənimlə bu barədə danışmır”.

Mətbuatda artıq 25 yaşlı futbolçunun “Real”la 2029-cu ilə qədər olan müqavilə imzaladığı haqda məlumat yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button