Mbappe məşqlərə başladı

Fransa kubokunun finalında “Sent-Etyen”lə oyunda (1:0) zədələnən PSJ-nin futbolçusu Kilian Mbappe sağalıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, hücumçu, dünəndən məşqlərə başlayıb. Fransalı futbolçunun öncə fərdi məşqlər etdiyi, daha sonra komandaya qoşulduğu bildirilib.

Mbappenin UEFA Çempionlar Liqasında “Atalanta” ilə oyunadək tam sağala biləcəyi qeyd olunur.

Turnirin 1/4 final mərhələsinin “Atalanta” – PSJ oyunu avqustun 12-də keçiriləcək.