PSJ və “Real” razılığa gəlib – Mbappeyə görə

PSJ və “Real” gələn mövsüm hücumçu Kilian Mbappenin transferi ilə bağlı razılığa gəliblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ fransalı futbolçu üçün pul təzminatı və bonus ala bilər. Mbappe özü ildə 35 milyon avro qazanacaq ki, bu da onu Madrid klubunun oyunçuları arasında ən çox maaş alan futbolçu edəcək.

24 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Mbappe bu mövsüm Liqa 1-də 14 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button