Mbappenin problemi

PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino fransalı hücumçu Kilian Mbappenin DÇ-2022-dəki çıxışını şərh edib.

Komanda.az “Eurosport”-a istinadən xəbər verir ki, argentinalı məşqçi Mbappeni ağıllı və istedadlı hesab etdiyini dilə gətirib:

“O, inanılmaz dərəcədə ağıllıdır. Onun cəmi 23 yaşı var və artıq dünya çempionu ola bilib. Çox istedadlıdır. Problem orasındadır ki, Mbappe bəzən özünü idarə etməkdə çətinlik çəkir”.

DÇ-2022-nin 1/8 final mərhələsinin Polşa ilə oyununda (3:1) iki dəfə fərqlənən fransalı futbolçu 5 qolla bombardirlər siyahısında liderdir.

Fransa DÇ-2022-nin 1/4 final mərhələsində İngiltərə millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button