Matteusdan PSJ – “Bayern” duelinə proqnoz

Almaniyalı sabiq futbolçu Lotar Matteus UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ – “Bayern” oyunu haqda danışıb.

Komanda.az “Sky Sport Germany”-ə istinadən xəbər verir ki, o, Münhen təmsilçisinin bu qarşılaşmada qələbə qazanacağını və 1/4 final mərhələsinə keçəcəyini iddia edib:

“Bayern” PSJ-ni məğlub edərək turnirin 1/4 finalına adını yazdıracaq. Fransa kubokunda onlar “Marsel”ə uduzaraq mübarizəni dayandırıblar. Çempionatda isə “Monako”ya məğlub olublar.

Eyni zamanda, Neymarla bağlı söz-söhbətlər bitmək bilmir. Kilian Mbappe isə zədəlidir. PSJ ilə müqayisədə “Bayern” zirvədədir. Onlar müəyyən müddət parıldaya bilərlər, amma tez sönürlər. “Bayern” isə daha güclü, sürətli və acdır”.

Öncədən Liqa 1 təmsilçisinin hücumçuları Kilian Mbappe və Lionel Messinin, eləcə də yarımmüdafiəçi Marko Verrattinin “Bayern”lə ilk matçı buraxacaqları bildirilirdi.

PSJ – “Bayern” cütünün ilk qarşılaşması bu gecə Parisdə, cavab oyunu isə martın 9-da Münhendə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button