Mata “Mançester Yunayted”dən ayrılacaq? – Atası açıqladı

“Mançester Yunayted” futbolçusu Xuan Mataya yeni müqavilə təklif edib.

Komanda.az xəbər verir ki, bu barədə ispan yarımmüdafiəçinin atası Xuan Manuel Mata İngiltərə mətbuatına açıqlamasında deyib:

“Mançester Yunayted” Matanı saxlamaq istəyir. Buna görə də, ona yeni müqavilə təklif ediblər. Ancaq Mata hələ qərarını verməyib. Onunla başqa böyük klublar da yaxından maraqlanır. Mövsümün sonunda qərarını verəcək”.

2014-cü ildən “Mançester Yunayted”də forma geyinən Matanın hazırkı müqaviləsi mövsümün sonunda bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button