“Barselona”nın keçmiş futbolçusu “Trabzonspor”da

“Betis”in müdafiəçisi Mark Bartra “Trabzonspor”la müqavilə imzalayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı ilə müqavilə 2025-ci il yanvarın 30-na kimi nəzərdə tutulub. “Betis” futbolçu üçün 1,25 milyon avro alacaq.

“Barselona”nın yetirməsi 2012-ci ildən əsas komandada çıxış edib, 2016-cı ildə “Borussiya”ya (Dortmund) keçib. Futbolçu 2018-ci ilin yanvarından “Betis”də çıxış edirdi.

Bartra ötən mövsüm 32 oyuna çıxıb, 2 qol vurub. O, “Betis”lə İspaniya kubokunun sahibi olub.

Bartranı transfer edən “Trabzonspor” öz müdafiəçisi İsmail Köybaşı ilə müqaviləyə xitam verib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçuya 2023-cü ildə bitməli olan müqaviləsinin ləğvi üçün 2 milyon 350 milyon TL təzminat ödənilib.

İsmail Köybaşı 2021-ci ildən “Trabzonspor”da çıxış edirdi. 33 yaşlı sol cinah müdafiəçisi daha öncə “Rizəspor”, “Qranada”, “Fənərbaxça”, “Beşiktaş” və “Qaziantepspor”da da forma geyinib. O, Türkiyə millisində 23 oyuna çıxıb.

“Betis” də yarımmüdafiəçisi Dieqo Layneslə yeni müqavilə imzalandığını açıqlayıb. Yeni sözləşməyə əsasən, meksikalı futbolçu 2025-ci ilin yayına kimi bu kluba məxsus olacaq. Lakin La Liqa təmsilçisi 22 yaşlı vingeri Portuqaliyanın “Braqa” klubuna icarəyə göndərib. Müqavilədə satınalma şərti də var. Portuqaliya klubu gələn yay bu oyunçunu birdəfəlik transfer etmək istəsə, ispanlara 7 milyon avro ödəməlidir.

Peşəkar karyerasına Meksikanın “Amerika” klubunda başlamış Laynes, “Betis”ə 2019-cu ilin yanvarında gəlib. O, La Liqa klubunda keçirdiyi 4 mövsüm ərzində 72 oyuna çıxıb, 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button