
Mareska kapitanı qorumaq istəyir
“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın kapitanı Ris Ceymsin oyununu şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunu qoruduqlarını söyləyib:
“Biz Ris Ceymsin formada qalmasına kömək edirik. Ondan yarımmüdafiədə istifadə edirik. Çünki ona potensial olaraq problem yarada biləcək uzun və gərgin qaçışların sayını azaltmaq istəyirik”.
26 yaşlı oyunçu bu mövsüm İngiltərə Premyer Liqasında 16 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



