“Mançester Yunayted” “Lans”ın müdafiəçisi üçün hərəkətə keçir

Qış fasiləsində müdafiə xəttini gücləndirmək istəyən “Mançester Yunayted”in yeni hədəfi bəlli olub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Lans”ın futbolçusu Fakundo Medinanı heyətinə qatmaq niyyətindədir. Premyer Liqa təmsilçisi 21 yaşlı futbolçu üçün transfer təklifi də hazırlayıb. Məlumata görə, “Mançester Yunayted” Medina üçün 11 milyon funt-sterlinq təklif edir.

Bu ilin yayından “Lans”da oynayan Medinanın müqaviləsi 2024-cü ildə başa çatacaq.