Ronaldo: “Bu klub üçün döyüşməkdən vaz keçməyəcəyik”

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında “Vilyarreal”ı (İspaniya) məğlub etdikləri oyundan (2:0) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu, “feysbuk” hesabında etdiyi paylaşımda matçla bağlı bunları deyib:

“İspaniyada oynamaq, qol vurmaq və qələbə qazanmaq möhtəşəmdir. Xüsusilə, özümü çox yaxşı hiss etdiyim bir ölkədə bunları etmək mənə xüsusi hiss etdirir. Bizi aid olduğumuz yerə aparan komanda yoldaşlarımı təbrik edirəm. Biz “Mançester Yunayted”ik və bu klub üçün döyüşməkdən vaz keçməyəcəyik. İrəli, “qırmızı şeytanlar”!

“Mançester Yunayted” “Vilyarreal” üzərində qələbə ilə Çempionlar Liqasında pley-offa vəsiqəni təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button