Ronaldo: “Davam edək, “qırmızı şeytanlar”

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında İtaliya “Atalanta”sına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu, bununla bağlı “instaqram” hesabında paylaşım edib:

“Məni və ailəmi çox gözəl qarşılayan, ürəyimdə əbədi qalacaq heyrətamiz bir ölkə olan İtaliyaya qayıdıram. Təcrübəmdən bilirəm ki, Berqamoda “Atalanta” kimi komandaya qarşı oynamaq həmişə çətindir, lakin biz qrupumuzda birinci yeri saxlamaq üçün əlimizdən gələni edəcəyik. Bu, Çempionlar Liqasıdır və biz “Mançester Yunayted”ik. Davam edək, “qırmızı şeytanlar”.

Ronaldo 2018-2021-ci illərdə İtaliyanın “Yuventus” klubunda çıxış edib.

Bu gün keçiriləcək “Atalanta” – “Mançester Yunayted” matçı saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button