“Mançester Yunayted”in 1930-cu ildən bəri ən pis çıxışı

“Mançester Yunayted” bu mövsüm bütün turnirlərdə keçirdiyi 26 matçın 13-də məğlub olub.

Komanda.az xəbər verir ki, İngiltərə çempionatının cari mövsümünün 18 turundan sonra “Mançester Yunayted” 28 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Son beş oyunda komanda bir qələbə qazanıb, üç məğlubiyyət alıb, bir görüş isə heç-heçə başa çatıb.

MY əvvəllər yalnız 1930/1931 mövsümündə daha çox məğlubiyyətə uğrayıb. Komanda həmin vaxt İngiltərə çempionatında sonuncu, 22-ci yerdə qərarlaşıb.

İngiltərə çempionatının növbəti turunda “Mançester Yunayted” “Aston Villa” ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 26-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button