“Mançester Yunayted”dən yeni rekord

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında rekorda imza atıb. 

Komanda.az “Squawka”-ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” buna 13-cü turda “Everton”u 3:0 hesabı ilə məğlub etməklə nail olublar. Nəticədə, Mançester klubu çempionatda “quru oyun”larının sayını 500-ə çatdırıb. Bu isə rekord deməkdir. 

Bu göstəricidə 2-ci yerdə “Çelsi” (476), 3-cü pillədə isə “Liverpul”dur.

“Mançester Yunayted” hazırda 13 oyundan sonra 24 xal toplayıb və turnir cədvəlində 6-cı yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button