
“Mançester Yunayted”in böyük planı
“Mançester Yunayted” yay transfer pəncərəsində yarımmüdafiə xəttində genişmiqyaslı yenidənqurma aparmağı planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Kazemironun gözlənilən gedişi “qırmızı şeytanlar”a ildə təxminən 23 milyon avro qənaət etməyə imkan verəcək. Klub rəhbərliyi isə yeni yarımmüdafiəçinin transferi üçün 115 milyon avrodan artıq vəsait xərcləməyə hazırdır.
“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 23 turdan sonra 38 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Maykl Karrikin rəhbərlik etdiyi komanda fevralın 1-də, 24-cü turun oyunu çərçivəsində “Fulhem”i qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



