“Mançester Yunayted”də ötən mövsümün ən yaxşısı bilindi

“Mançester Yunayted”də 2019/20 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, bu, Bruno Fernandesdir. Portuqaliyalı yarımmüdafiəçi azarkeşlərin səsverməsi nəticəsində mövsümün ən yaxşı futbolçusu seçilib.

Bu ilin yanvarında “Mançester Yunayted”ə keçən Fernandes, Premyer Liqada ötən mövsüm 14 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button